"Barselona"nın futbolçusu Ansu Fati karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Fənərbağça" 21 yaşlı hücumçunun transferində maraqlıdır.

 

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. İstanbul klubunun baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Fatinin transferini istəyib.

 

Fati bu mövsüm "Barselona"da 3 oyuna çıxıb. İspan oyunçu klubdan ayrılmağa müsbət yanaşır.