Aprelin 11-də Misli Premyer Liqasında 30-cu tura start veriləcək. Sport24.az-ın məlumatına görə, beş futbolçu bu oyunlarda cəzalı olduqları üçün meydana çıxa bilməyəcəklər.
"Səbail"də Süleyman Alluşla Mert Çelik, "Sabah"da İvan Lepiniça, "Sumqayıt"da Ayxan Süleymanlı, "Turan Tovuz"da isə Veysəl Rzayev komandalarına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, 30-cu tur aprelin 11-də "Səbail" - "Qarabağ" oyunu ilə başlayacaq.