Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib.

 

"Tipos Arena"dakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib. Komandanın heyətində Xətai Bağırov fərqlənib.

 

Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb.

 

Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.