Polşada Ekstraklasanın 18-ci turu keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor" (Lyublin) səfərdə "Arka"ya 0:1 hesabı ilə uduzub. Dadaşov bütün 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib.

 

Hazırda "Motor" 20 xalla 15-ci pillədə qərarlaşıb və aşağı liqaya düşmə zonasından bir addımlığındadır.