Azərbaycan yığma komandasının futbolçusu Renat Dadaşovun heyətində yer aldığı "Motor"(Lublin) Polşa çempionatında III turun matçına çıxıb. Sport24.az xəbər verir ki, "Lexiya Qdanks"ın qonağı olan Lublin təmsilçisi matçdan 3:3 hesablı heç-heçə ilə ayrılıb.

 

.Dadaşov qarşılaşmaya 80-ci dəqiqədə daxil olub.

 

"Motor" 3 oyundan sonra 4 xalla 13-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, cari mövsümün əvvəlində "Motor"a keçən Dadaşov meydana çıxdığı 3 oyunda fərqlənə bilməyib.