"Yaxşı başa düşürük ki, Avropa çempionu olandan sonra azarkeşlərin bizdən gözləntisi ən azı dünya çempionatında yaxşı nəticə verməkdir". Bunu Sport24.az saytına açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Davud Kərimi deyib.

Onun sözlərinə görə, millinin növbəti hədəfi mundialda uğurla iştirak etməkdir: "Yaxşı nəticə dünya çempionatında 3 yerdən birini tutmaqdır. Baş məşqçimiz Elşad Quliyevin bir sözü var ki, bizim komanda dünya çempionu olmağa layiqdir. Mənə elə gəlir ki, yaxşı hazırlaşıb dünya çempionu ola bilərik. Və nəticədə azarkeşlərimizi daha çox sevindirərik".

Qeyd edək ki, minifutbol üzrə Azərbaycan millisi ötən ilin yayında Slovakiyanın Koşitse şəhərindəki keçirilən turnirdə Avropa çempionu adını qazanıb.

 

 

KAMAL RZA