Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-də Moldova yığması ilə üz-üzə gələcək.

Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Moldova oyunu CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, sözügedən qarşılaşmaya saat 19:00-da start veriləcək.