Cənubi Koreya çempionatında 22-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" səfərdə "Qanqvon"la qarşılaşıb. 

 

Matç 2:2 hesabı ilə yekunlaşıb. Krivotsyuk meydana əsas heyətdə çıxıb və oyunu əvəzolunmadan keçirib.

 

Qeyd edək ki, 22 turdan sonra aktivində 36 xal olan "Daejeon" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.