Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının sabiq kapitanı Əminə Həsənova yeni vəzifə alıb. Sport24.az xəbər verir ki, keçmiş oyunçu AFFA-da Qadın Futbolu İnkişafı Departamentinin müdiri təyin olunub.

Əminə ailə həyatı qurandan sonra Həsənova soyadı daşıyr. Bunadəksə Əminə Heydərova kimi tanınan futbolçu zədə səbəbindən karyerasını bitirməli olub. O, bundan sonra əsas yığmamızda məşqçi işləyərək, baş məşqçi Siyasət Əsgərovun köməkçilərindən biri idi.