Misli Premyer Liqasında XX turun "Səbail" - "Kəpəz" matçını keçirildiyi "ASCO Arena"dan izləyənlər arasında milli komandalarımızın məşqçiləri yer alıb. Sport24.az xəbər verir ki, əsas yığmamızdan Arif Əsədov, U-21 millimizdən Araz Qulamov, habelə milli komandalarımız skautu İlqar Qurbanov VİP sektorda qərarlaşıblar.

Gəncədən millət vəkili olan Müşfiq Cəfərov da matçı "Kəpəz" rəhbərliyi ilə birgə fəxri tribunadan izləyir.

Onu da bildirək ki, Əsədovun oğlu Fuad Əsədov qış fasiləsində "Səbail"ə yeni baş məşqçi təy7n olunan Şahin Diniyevlə birgə gələrək qapıçılarla işləyən məşqçi kimi ilk dəfə klubda çalışır. O, bunadək müxtəlif yığmalarımızda işləyib.