21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Küveyt yığmasıyla yoldaşlıq görüşü təxirə salınıb. Sport24.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığmamızın hazırlıq çərçivəsindəki bu ölkənin U-23 yığmasıyla matçı baş tutmayacaq.

Buna səbəb Asiya təmsilçisinin Bakıya səfərinin baş tutmamasıdır.

Xatırladaq ki, Küveytin U-23 komandası ilə qarşılaşmanın mayın 26-da saat 17:00-da Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilməsi planlaşdırılmışdı.