Azərbaycan millisinin və "Sabah"ın futbolçusu yenidən Niderlanda qayıtdığım üçün şaddı. Sport24.az xəbər verir ki, bu fikirləri Ozan Can Kökçü icarə əsasında Niderlandın "Telstar" klubuna keçidi barədə danışarkən deyib.

23 yaşlı türk əsilli yarımmüdafiəçi sözügedən komandanı seçməsinin səbəbini açıqlayaraq, bunu əla futbol sərgiləməsi ilə əlaqələndirib: "Keyfiyyətli komandaya gəlmişəm. Gənc yaşlarımda Niderlanda oynadığım üçün bu klubu yaxşı tanıyıram. Burda maraqlı 6 ay keçirəcəm".

Kökçü yenidən Niderland çempionatında çıxışının onun inkişafına müsbət təsir edəcəyini vurğulayıb: "Klubumda da şans qazanırdım. Amma yenidən buradakı meydançalarda oynamaq üçün "Telstar"ı seçdim. Düşünürəm ki, çempionatın səviyyəsi yüksəkdir və bu, inkişafıma kömək edə bilər. Bu komandaya keçmək düşünülmüş addım idi".

Qeyd edək ki, "Sabah" Ozanı "Telstar"a mövsümün sonunadək icarəyə verib.