Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) klubunu tərk edir. Sport24.az xəbər verir ki, bu haqda polşalı jurnalist Şimon Yançik sosial şəbəkədəki şəxsi esabında paylaşım edib.

O, 25 yaşlı müdafiəçinin karyerasını Cənubi Koreyada davam etdirəcəyini yazıb. Amma Antonin xidmətində hansı Asiya klubunun olması açıqlanmayıb.

Qeyd edək ki, Krivotsyuk "Visla"ya 2021-ci ilin yayında "Neftçi"dən müqaviləsi bitərək keçib. O, Plotsk təmsilçisinin əsas heyətində möhkəmlənə bilmədi.