Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, I Divizionun lideri “Turan Tovuz”la görüş millimizin 2:0 hesablı qələbəsilə başa çatıb.

U-17-nin qollarını Nahid Əliyevə və Sənan Ağalarov vurub.