19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün qrupda son oyununu keçirib. Sport24.az xəbər verir ki, milli İtaliyada oyunda Polşa yığması ilə qarşılaşıb. Komandamız bu dəfə də meydanı məğlubiyyətlə tərk edib.

Azərbaycan millisi seçmə mərhələdə daha əvvəl keçirdiyi iki oyunda da uduzmuşdu. Yığma İtaliyaya 0:9, Norveçə isə 0:7 hesabıyla məğlub olmuşdu. Bu nəticələrdən sonra komandamız seçmə mərhələni qrup sonuncusu kimi başa vurub.

AÇ-2022-nin seçmə mərhələsi
7-ci qrup

26 oktyabr

Azərbaycan – Polşa 0:2
Qol: Kinqa, Bişçad, 50. Katya Skupien, 90+1.
Baş hakim: Luiza Tompson.

Xal durumu: İtaliya – 7, Norveç – 7, Polşa – 3, Azərbaycan – 0.