U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Lüksemburqda təşkil olunmuş qarşılaşmada Niderland yığması ilə qarşılaşan Aqil Nəbiyevin komandası 1:2 hesabı ilə məğlub olub.
Millimizin heyətində 86-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib.
U-19 seçmə mərhələdə son oyununu noyabrın 21-də, saat 21:00-da meydan sahibi Lüksemburq yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, U-19 ilk oyununda Bosniya və Herseqovina yığması ilə heç-heçə edib – 0:0.