Azərbaycan milli komandası bu ilin mart ayında yoldaşlıq görüşü keçirəcək. Sport24.az xəbər verir ki, bu, FİFA-nın "pəncərə"sinin açıq olduğu müddətdə - martın 21-29-u aralığında olacaq. Hazırda AFFA bununla bağlı bir neçə federasiya ilə danışıqlar aparır.

Özü də müddətin uzun olduğunu nəzərə alsaq, millimiz martın son 10 günlüyündə 2 oyun da keçirə bilər. Məkanla bağlı prinsipaillıq yoxdu ki, görüş (yaxud görüşlər) evdə, yaxud səfərdə olsun. AFFA hər iki varianta hazırdı və hər iki varinat üçün də danışıqlar gedir.

Rəqiblərlə bağlı son nöqtənin hətta bugünlərdə qoyulacağı gözlənilir. Ümumilikdə isə buna fevralın ilk 10 günlüyünədək tam aydınlıq gələcək. Amma bu, ən gec tarixdi. 

Xatırladaq ki, millimiz bu il UEFA Millətlər Liqasında çıxış edərək, ilk 4 oyununu iyunda keçirəcək. Rəqiblər Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibidi.