Azərbaycan U-21 yığması 2025-ci il Avropa çempionatının seçmə mərhələsində Böyük Britaniya təmsilçiləri ilə səfər matçlarının ardıcıl olmasını istəyib. Bu yığma komandamızın baş məşqçisi Samir Əliyev Sport24.az-a açıqlamasında təqvimin müzakirəsində İngiltərə və Şimali İrlandiya ilə səfər görüşlərinin qoşa olması təklifiylə çıxış etdiklərini deyib.

Onun sözlərinə görə, sonda bu, müsbət cavablanıb və UEFA tərəfindən təsdiqlənən təqvimdə əksini tapıb: "İngiltərə və Şimali İrlandiyanın harda yerləşməsi məlumdu. Ora həm viza problemi olur, həm də böyük məsafə var. Uçuş çox vaxt aparır Britaniyaya. Buna görə danışdıq ki, bu rəqiblərlə eyni "pəncərə"də orda oynayaq. Açığı, İngiltərəylə heç kim birinci oynamaq istəmədi. Ümumiyyətlə, startda güclü rəqiblərlə ardıcıl qarşılaşmağı heç kəs arzulamırdı".

Xatırladaq ki, 21 yaşılarımız britaniyalı həmyaşıdlarıyla görüşlərlə seçmə mərhələni başa vuracaq. Belə ki, yığmamız 2024-cü ilin oktyabrın 12-də Şimali İrlandiyanın, 15-də İngiltərənin qonağı olacaq.  

 

 

MEHMAN SÜLEYMANOV