Azərbaycanın qadınlardan ibarət millisi Dəkkə şəhərində keçirilən "FIFA Tri Nations Women"s Football Series 2025" turnirində bu gün ikinci matçına çıxacaq. Sport24.az xəbər verir ki, yığmamız Banqladeşlə üz-üzə gələcək.
Dəkkədəki "Milli Stadion" baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.
Qeyd edək ki, Siyasət əsgərovun baş məşqçisi olduğu komanda turnirdəki ilk görüşdə Malaziyanı 2:0 hesabı ilə məğlub edib.