"Neftçi"nin futbolçusu Filip Ozobiç Azərbaycan çempionatlarında 60-cı qolunu vurub. Sport24az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 17-ci turunun "Kəpəz"lə ev oyununa (2:1) təsadüf edib.

 

O, ölkə çempionatlarındakı 180-ci matçında buna nail olub. Ozobiçin orta məhsuldarlığı 0,33-ə bərabərdir. O, "Qəbələ"də 16, "Qarabağ"da 35, "Neftçi"də 9 dəfə fərqlənib.

 

Ozobiç Azərbaycan çempionatları tarixində 60 və ya daha çox qol vuran 30-cu futbolçu olub.