"Milli elə bir yerdi ki, orda hər kəs olmaq istəyir. Hamının arzusudu ki, milli komandada oynasın. Sağ olsunlar, məni dəvət elədilər. Mənim də öhdəliyimə düşən odur ki, özümü yaxşı tərəfdən göstərim, daimi millinin heyətində yer alım. Hamısı məndən asılıdı". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində iyunun 3-də, 6-da, 10-da və 13-də keçirəcəyi oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Bakı şəhərində təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan qapıçı Rəşad Əzizli söyləyib.

Qış fasiləsindən "Zirə"dən ayrılaraq "Neftçi"yə keçən, dərhal da "Səbail"ə icarəyə verilən 28 yaşlı qolkiper inamlı oyunuyla millinin məşqçliərinin diqqətini çəkib. Özü də Rəşad milldə bunadək olsa da, debüt eləmək imkanı olmayıb: "Açığı, dəvəti gözləyirdim - o mənada ki, inanırdım özümə, çağırılacağıma. Dəvət olunmasaydım belə, mənim üçün bir şey olmazdı. Ən azından yenə fikirləşərdim ki, daha çox işləməliyəm. Onsuz da yenə çalışmalıyam öz üzərimdə, sübut eləməliyəm ki, milliyə dəvət olunmağım əbəs deyil. Sağ olsunlar, indi dəvət elədilər, məşqçi heyətinə təşəkkürümü bildirirəm. Düzdür, Qurban Qurbanovun baş məşqçiliyi dövründə milliyə dəvət olunmuşdum. Amma onda debüt eləmək nəsib olmadı. İnşallah, görək bu dəfə necə olur...Xeyirlisi Allahdan, uğurlu olar". 

Əzizlini millidə təcrübəli həmkarları ilə rəqabət gözləyir. Bunlar Səlahət Ağayevlə Emil Balayevdi. Düzdür, hər ikisi bu il klublarında oyun praktikası sarıdan korluq çəkib. Xüsusilə Emilin Qazaxıstanın "Turan" klubunda yenicə debüt etdiini vurğulayaq. Millimizin "1 nörməsi" Şahrudin Məhəmmədəliyev isə sonra dəvət alacaq. Belə ki, mayın 27-də Azərbacan Kubokunun finalında görüşəcək "Qarabağ"la "Zirə"dən ilkin siyahıda heç kim yoxdu: "Həmkarlarım haqda yalnız onu deyə bilərəm ki, hər biri yaxşı qapıçıdı. İstənilən halda, kimin oynayacağı da baş məşqçinin işidi, kimə dəvət göndərmək də. Həmkarlarım haqda yalnız xoş söz deyə bilərəm. Klublarında, Emilin Qazaxıstanda oynamağı baş məşqçinin qərarıdı. İnanmıram ki, Balayev ortdakı qapçıdan zəif, zəif performansda olsun. Sadəcə, məşqçiləri elə fikirləşir. Emil də peşəkar futbolçudu. nə deyə bilər? Şahrudinlə bağlı da baş məşqinin qərarıdı. Onların Kubokda final maçtarı var. Kimi çağırıb-çağırmamaq baş məşqçiyə aid suallardı".

 

 

MEHMAN SÜLEYMANOV