Çətin oyun olacağını gözləyirdik". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Rüfət Abbasov jurnalistlərə açıqlamasında deyib.
Cinah müdafiəçisi İslandiyaya 0:2 hesabı ilə uduzduqları DÇ-2026-nın seçmə mərhələsinin matçı ilə bağlı fikirlərini bölüşüb:
"Rəqib həqiqətən yaxşı komandadır. Əsas yığmada debüt etdim. Nəticə ürəkaçan olmadı. Xal və ya xallar qazanmaq istəyirdik. Amma yaxşı epizodlarımız oldu. Komandaya çox sağ ol deyirəm".
Abbasov əllərinə düşən fürsətlərdən yararlana bilmədiklərini sözlərinə əlavə edib:
"Son nöqtəni qoya bilmədik. Bunun üzərində işləməliyik. Daha yaxşısını etməyə çalışacağıq".
O, son olaraq noyabrın 16-da Fransaya qarşı keçirəcəkləri matça da toxunub:
"Fransanın gücü hamıya bəllidir. Amma buna baxmayaraq sonadək döyüşəcəyik. Meydanda hər şeyin ən yaxşısını etməyə çalışacağıq".