Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında baş tutan birinci görüşdə də qazaxlar qələbə qazanmışdı – 5:2.