"Milan" cari mövsümün sonunda baş məşqçisi Stefano Pioli ilə yollarını ayıracaq. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "rossonyerilər" artıq yeni baş məşqçi axtarışına başlayıb.

 

İtaliya A Seriyasının XXXIII turunda "İnter"ə 1:2 hesablı məğlubiyyət "Milan" rəhbərliyinin fikrini qətiləşdirib.

 

Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabrında Milan təmsilçisinə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında "qırmızı-qaralar" 2021/2022 mövsümünü çempion olaraq başa vurub.