Tanınmış iş adamı Adnan Əhmədzadə Azərbaycanda klub alacağına dair yayılan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, dünya ulduzu Lionel Messinin yaxın dostu 1-ci Liqa təmsilçisi "Mingəçevir"i himayəsinə götürəcəyi haqda məlumatları təkzib edib.
O, sosial şəbəkə səhifələrinin birinə xəbərin yalan olduğuna dair şərh yazıb: "Fake News - Düzgün məlumat deyil".