"CBC Sport"un Misli Premyer Liqasının II turuna şərhçilər təyinatı bəllidi. Sport24.az xəbər verir ki, bu gün turun açılış matçını - "Zirə" - "Sabah" görüşünü Süleyman Vəliyev şərh edəcək. "Dalğa Arena"da turun mərkəzi qarşılaşması saat 19:00-da başlayacaq.

Sabah "Sumqayıt" - "Qarabağ" oyununda Elnuir Məmmədli şərhçi olacaq. "Kapital Bank Arena"dakı görüş saat 18:20-də başlayacaq.

Bundan sonra - saat 20:30-da "ASCO Arena"da start götürəcək "Səbail" - "Turan Tovuz" matçını Fərid Axundovun şərhində izləyəcəyik. 

Birigün saat 18:20-də startı veriləcək "Qəbələ" - "Şamaxı" matçında Ramil Chanagirov iş başında olacaq. Nəhayət, həmin gün tura yekun vuracaq, Premyer Liqamıza qayıdan tarixi derbidə - "Neftçi" - "Kəpəz" görüşündə Şəmsəddin Abbasov şərhçilik edəcək. "Bakcell Arena"dakı həmin qarşılaşma saat 20:30-da başlayacaq.