"Təlim-məşq toplanışı yaxşı keçdi. "Qarabağ"la yoxlama görüşündə məğlub olsaq da, pis təsir bağışlamadıq. Düşünürəm ki, yoxlama görüşlərinin faydası oldu".

 

Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin futbolçusu Məqsəd İsayev deyib.   Komandanın qış hazırlığından danışan müdafiəçi 2025-ci ilin "Araz Naxçıvan"la keçiriləcək ilk rəsmi oyunla bağlı da fikirlərini bölüşüb: "Araz Naxçıvan"la qarşılaşma bizim üçün finala bərabər olacaq.

 

Bu səbəbdən qələbə qazanmağa çalışacağıq".   Qeyd edək ki, Premyer Liqanın XIX turu çərçivəsində keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" matçı yanvarın 18-də baş tutacaq. Oyunun start fiti saat 16:00-da sələnəcək.