“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Premyer Liqada 100-cü oyununu keçirib.

Sport24.az xəbər verir ki, onun yubileyi 28-ci turun “Neftçi” ilə matçına təsadüf edib.

Qolkiper 4:1 hesablı qələbədə 85-ci topunu buraxıb.

Məhəmmədəliyev Premyer Liqada 2013/14 mövsümündə “Sumqayıt”ın heyətində debüt edib. O, bu komandada 33 oyunda 49, “Qarabağ”dakı 67 matçda 35 qol buraxıb.

Qeyd edək ki, Şahruddin 16-cı turun “Sumqayıt”la təxirə salınan matçında “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 100-cü oyununu keçirmişdi.