Yunanıstan mətbuatı "Olimpiakos"un baş məşqçisi Pedro Martinsin Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı sabahkı ev matçında start heyətini yazıb. Sport24.az xəbər verir ki, 52 yaşlı portuqaliyalı mütəxəssisin ona çox yaxşı tanış olan futbolçulara, keçənilki heyətə güvənəcəyi qeyd olunub.

Belə ki, ilk dəqiqələrdən Konstantinos Tsolakis, Ruben Semedu, Sokratis Papastatopulos, Oleq Ryabçuk, Tanasis Andrutsos, Andreas Buxalakis, Usseynu Ba, Mohamed Kamara, Giorqos Masuras, Lazar Ranceloviç, Yussef əl-Ərabi meydana çıxacaq. Martins 4-3-3 taktiki sxeminə üstünlük verəcək. 

Yunan həmkarlarımız süprizi də istisna etməyərək, Tomas Vatslik, Ahmed Hasan Koka, Pyer Kunde, Matyö Valbuenadan birinin start heyətində yer alacağını göstərib. Hansılar ki komanda məşqlərinə son günlərdə qayıdıblar.