FIFA və AFFA arasında uzun illər güclü əməkdaşlıq olub. Sport24.az xəbər verir ki, bunu FIFA-nın regional koordinatoru Marion Gavat deyib.
AFFA-nın Hesabat Konfransında çıxış edən ali futbol qurumunun rəsmisi ötən il Bakıda FIFA-nın beynəlxalq turnirinin uğurla keçirildiyini xatırladıb.
O, FIFA prezidenti Canni İnfantino və qurumun digər əməkdaşları adından konfrans iştirakçılarını salamlayıb və uğurkar arzulayıb.