"Sözün düzü, qış fasiləsində kimlərin gedəcəyini dəqiqləşdirməmişik. Çünki qarşıda hələ 6 oyun qalıb - 4-ü çempionat, 2-si Kubok. Düşünürım ki, indidən kimlərin gedib-getməməsini demək tezdi. Həm də hələ ki müəyyənləşdirməmişik, bu haqda düşünmürük". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Mahmud Qurbanov deyib.

Onun sözlərinə görə, göndərilənləri bu ili axırıncı oyunlaradək dəqiqləşdirəcəklər: "Təbii ki, belə bir şey olsa - kimlərisə göndərəsi olsaq. Yeni oyunçu əlbəttə ki, cəlb eləmək istəyirik. Fikrimiz var ki, yeni transferlər edək. Amma hələ ki bilinmir. Oyunçu tapmaq bu dönəmdə də çətindi. Çünki normal futbolçular boş olmurlar, klublarına müqavilələrlə bağlı olurlar. Əsas da gəlmə oyunçular. Baxaq, uyğun olsa bizə, əlbəttə, transfer etmək istəyərik, istəyəcəyik, eləyəcəyik də".

Qurbanov çempionatdakı bu ikihəftəlik fasilə dönəmində əvəzedici heyətə heç kimi göndərmədiyini, kimlər sərəncamında varsa, əsas komandayla məşq etdiyini diqqətimizə çatdırb. "Professor" ləqəbli həmsöhbətimiz qış fasiləsində klublarımızda az oynayan yerli futboçluları icarəyə götürmək variantını da şərh edib: "Belə futbolçular olsa, təbii ki, baxarıq. Bunu əlbəttə ki, nəzərdən keçirəcəyik. Yerli futbolçulara da ehtiyacımız var".

Xatırladaq ki, Kbokun 1/4 finalına çıxan "Səbail" Misli Premyer Liqasında 14 turdan sonra 10 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.  

 

 

MEHMAH SÜLEYMANOV