Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Almaniya II Bundesliqasında bu gün növbəti oyuna çıxacaq. Sport24.az xəbər verir ki, sözügedən komanda səfərdə "Paderborn" ilə qarşılaşacaq.

 

Matça saat 21:30-da start veriləcək.

 

"Nürnberq" 12 turdan sonra 18 xalla 7-ci sıradadır. Aktivində 21 xal olan "Paderborn" isə ikinci pillədə qərarlaşıb.