Türkiyə mətbuatı Azərbaycan milliisnin futbolçusu Mahir Emrelinin "İstanbul Başakşehir"ə transfer olunduğunu inadla yazır. Sport24.az xəbər verir ki, Super Liqada 8-ci pillədə gedən komandanın müqaviləylə "Legiya"ya bağlı olan, amma onun təlim-məşq toplanışına qatılmayaraq uzunmüddətli anlaşmasını pozmağa çalışan 25 yaşlı hücumçumuzun keçidini həll edərək, başqa planlar cızdığı vurğulanır. 

Belə ki, istanbulluların Mahirin transerinin ardından türkiyəli hücumçu Atabəy Çiçəyi başqa kluba göndərmək fikrində olduğunu bildirilir. Konkret olaraq I Liqa təsmilçisi "Samsunspor" Emrelinin keçidindən sonra Atabəy üçün "İstanbul Başakşehir"lə yenidən danışıqlar aparır. Bu hücumçunun da Mahirin gəlişiylə heyətə düşməkdə sxıntı yaşadığı üçün getmək istədiyi və samsunluların bu üzdən onunla yenidən təmasa girdiyi qeyd olunur.