Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu baş məşqçi Çeslav Mixneviçlə yollarını ayırıb. Sport24.az Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı polşalı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Onu bu vəzifədə Marel Qolebievski əvəz edəcək. Varşavalılar cari mövsümdə Avropa Liqasının qrupunda lider olsalar da, son qalibi olduqları çempionatda çox uğursuz çıxış edirlər. 

Xatırladaq ki, Mahir "Legiya"ya bu yay Mixneviçin dövründə transfer olunub.