Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" baş məşqçisini dəyişdirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, Polşa mətbuatı ardıcıl məğlubiyyətlər Çeslav Mixneviçin istefaya göndərilməsinə gətirib çıxaracağını yazır.

O da bildiirlir ki, 51 yaşlı polşalı mütəxəssisin rəhbərliklə münasibətləri də qaydasında deyil. Varşava təmsilçisi onun yerinə köməkçisi Pşemislav Maleçkini müvəqqəti baş məşqçi postuna təyin etməyi düşünür.

Qeyd edək ki, “Legiya” 10 oyundan sonra Polşa çempionatında 9 xalla 15-ci pillədə qərarlaşıb. Komanda son olaraq XII turda "Pyast"a böyük hesabla - 1:4 uduzub.