Futbol üzrə Şimali Makedoniya millisinin müdafiəçisi Stefan Ristovski Finlandiya və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunlarından öncə fikirlərini bölüşüb.

Sport24.az xəbər verir ki, Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən 30 yaşlı müdafiəçi qatıldığı mətbuat konfransında yığmanın formasını geyinən hər bir oyunçunun prioritetinin qələbə qazanmaq olduğunu söyləyib:

“Hər kəs millidə oynamaq arzusunda olmalıdır, çünki bu, müqəddəsdir. Qarşıdakı hər iki matçı maksimum peşəkarlıqla keçirməliyik. İnanıram ki, bunu edəcəyik. Keçmiş nəticələrdən asılı olmayaraq, hər bir matç bizim üçün faydalıdır və belə görüşlər vasitəsilə özünə inam yaratmaq olar. Güvəni itirmək çox asandır, amma onu qazanmaq çətindir. Ona görə də bu matçlara ehtiyac var".

Bu gün Finlandiyanı qəbul edəcək Şimali Makedoniya yığması noyabrın 20-də Azərbaycan millisiylə üz-üzə gələcək.

Xatırladaq ki, Zaqreb “Dinamo”sunda Azərbaycan millisinin üzvü Mahir Emreli də çıxış edir.