Mahir Emrelinin çıxış etdiyi “Legiya” baş məşqçisi Çeslav Mixneviçin müqaviləsini uzadacaq. Sport24.az xəbər verir ki, Varşava təmsilçisinin sahibi Dariuş Mioduski 51 yaşlı polşalı mütəxəssisin işindən razı olduğunu və onunla yola davam edəcəklərini deyib.

2020-ci ilin yayından “Legiya”nı çalışdıran Mixneviçin müqavilə bu müddəti mövsümün sonuna qədərdir.