"Kəpəz"in futbolçusu Mahamadu Banın Sport24.az-a müsahibəsi.

 

 - Misli Premyer Liqasının 23-cü turunda evdə "Şamaxı" ilə oyunda bir xal qazandınız. Oyunu necə şərh edərdiniz?

- Oyuna 3 xal üçün çıxmışdıq. Matçın sonu 1:1 hesabı ilə bitsə də, bir xalı bizim üçün yaxşı sayıram.

 

- Son oyunlarda yaxşı çıxış edirdin. Bu oyunda sanki bir qədər kölgədə qaldınız...

- Mən bütün oyunlara eyni istəklə çıxıram. "Şamaxı"ya qarşı bacardığımın ən yaxşısını etdim.

 

- "Kəpəz" Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Bu yolda özünüzə rəqib hansı klubu görürsünüz?

- Bütün oyunlar bizim üçün önəmlidir. Biz inanırıq ki, komandamız Premyer Liqada qalacaq. Rəqiblərimizin eyni səviyyədədir.

 

- Türkiyədən ölkəmizə gəlmisən. Gəncədə özünü necə hiss edirsiz?

- Hər bir futbolçu yeni ölkəyə gedəndə adaptasiya çətin olur. "Kəpəz"də olduğum üçün xoşbəxtəm. Gəncədə hamı mehriban insanlardır. Bura mənim öz evim kimidir.

 

- Yayda müqavilən başa çatır. Klubdan təklif olsa, yeni imza atacaqsınız?

- Müqaviləm bitəndə klubdan təklif olsa, niyə də olmasın? Bu məsələyə mövsümün sonunda baxarıq.