"Arsenal" "Real Sosyedad"dan yarımmüdafiəçi Martin Subimendi ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib. İspaniyalı "topçular"ın mövsümlərarası fasilədə ilk transferidir.
Mənbənin sözlərinə görə, artıq müqavilə tam rəsmiləşib. Subimendinin keçidi London klubuna 65 milyon avroya başa gəlib və vəsait bir neçə mərhələdə ödəniləcək.
Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm "Real Sosyedad"ın heyətində bütün turnirlərdə 48 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.