Bu gün Misli Premyer Liqasında 30-cu tur start götürəcək. Sport24.az xəbər verir ki, ilk gündə 1 matç keçiriləcək. Son çempion və hazırkı lider "Qarabağ" autsayder "Səbail"in qonağı olacaq.

 

Oyun saat 19:00-da başlayacaq.

 

Bu komandalar arasında ilk 3 dövrənin görüşlərində "Qarabağ" 2:1, 3:0 və 5:0 hesabı ilə qalib gəlib.

 

11 aprel

Misli Premyer Liqası, 30-cu tur

19:00. "Səbail" – "Qarabağ" 1:4

Qol: A. Zubir, 17, L. Andrade, 19, 65, P. Andrade, 52, D. Qomis, 72

"Səbail": 1. Hüseynəli Quliyev 74. Yusif Nəbiyev (k) 18. Süleyman Əhmədov 83. Nihad Quliyev 19. Samir Abdullayev 16. Emin Rüstəmov 10. David Qomis 3. Dmitro Litvin 99. İnnosent Nşuti 4. Marko Nikoliç 5. Gitay Sofir

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 25. Nicat Məmmədzadə 96. İlkin Muradov 77. Fərid Nəbiyev 11. Rüfət Abdullazadə 67. Rəvan Abasov 97. Oruc Məmmədov 88. Hacıəli Şirəliyev 44. Amir Bilali 7. Madi Queta

Məşqçi: Elvin Məmmədov

"Qarabağ": 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 27. Toral Bayramov 90. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 7. Yassin Benzia 8. Marko Yankoviç 9. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 12. Sadiq Məmmədzadə 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 24. Aleksey İsayev 22. Musa Qurbanlı 29. Marko Veşoviç 81. Kevin Medina 66. Patrik Andrade 19. Redon Cica 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Kamran Bayramov

"ASCO Arena"