"Legiya"nın baş məşqçisi Marek Qolebiyevski Azərbaycan millisinin üzvü olan futbolçusu Mahir Emrelini yenə tənqid edib. Sport24.az xəbər verir ki, 41 yaşlı polşalı mütəxəssis Mahirlə çexiyalı həmkarı Tomaş Pexartın gözlənilən məhsuldarlığı göstərməmələri barədə danışarkən bunu reallaşdırıb. 

Ön xətt oyunçularına irad bildirən 41 yaşlı mütəxəssis deyib ki, forvardlar istənilən fürsətdən yararlanmaq üçün hər zaman hazır olmalıdırlar: "Həmçinin onlar düşünməməlidirlər ki, ayağına düşən hər topu qapıya vursun. Ümid edirəm ki, tezliklə hücumçu keyfiyyətlərini yaxşılaşdıracaqlar. Növbəti matçda da Emreli və Pexartın birlikdə oynamaq şansı var. Artıq hər ikisi ilə bu barədə danışmışam".

Qeyd edək ki, Qolebiyevski daha əvvəl də Emrelini tənqid edib.