Azərbaycan Premyer Liqasının XIII turunun "Səbail" – "Turan Tovuz" oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

 

– İki fərqli hissə izlədik. Birinci hissədə oyunumuz alınmadı. İkinci hissədə səhvləri düzəldib, daha yaxşı təsir bağışladıq

 

– Süni örtüklü meydançada oynamaq futbolçulara çətinlik yaratmadı?

– Şərtlər hamı üçün eynidir. Şikayətimiz yoxdur.

 

– 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız?

– İkinci hissəni nəzərə alsaq, iki xal itirdik.

 

– Sizi mülayim məşqçi kimi tanıyırıq. Bu gün sanki aqressiv idiniz…

– Belə deməzdim. Aqressiv deyildim, sadəcə, istəyirdim futbolçularım daha tez oynasınlar.