"Keşlə"nin qış fasiləsində daha bir legionerlə yollarını ayırlması reallaşıb. Sport24.az xəbər verir ki, düşərgəyə qayıdan monteneqrolu müdafiəçi Miodraq Boyoviçlə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.34 yaşlı stopperin Bakı klubuyla anlaşması cari mövsümün sonunadək idi.

Xroniki zədədən əziyyət Miodraq "Keşlə"də 2019-cu ilin yayından çıxış edirdi. O, son olaraq bu ayın əvvəlində Vətənində koronavirusa yoluxduğundan karantində idi və sağaldıqdan sonra 1 həftədi Bakıya danışıqlara dönmüşdü.