Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayan mərasimdə Azərbaycan təmsilçiləri -  "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də potensial rəqibləri müəyyənləşib.

Ağdam təmsilçisi səpələnmişlər, digər 2 klubumuz isə səpələnməmişlər sırasında yer alıb. 

 UEFA Konfrans Liqası

III təsnifat mərhələsi

"Soçi" (Rusiya) / "Keşlə" (Azərbaycan) cütünün qalibi - “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi

“Çukariçki” (Serbiya) / “Sumqayıt” (Azərbaycan) - “Hammarbü” (İsveç) / “Maribor” (Sloveniya) cütünün qalibi

AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi - “Qarabağ” (Azərbaycan) / “Aşdod” (İsrail) cütünün qalibi

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq.