Azərbaycan Premyer Liqasında qış "transfer pəncərəsi" rəsmən bağlanıb. Sport24.az xəbər verir ki, bir aylıq müddətdə - yanvarın 10-dan fevralın 9-dək olan zaman kəsiyində 8 klub ümumilikdə 27 oyunçu ilə müqavilə bağlayıb.

Ən çox transferə "Neftçi" imza atıbsa, ən az keçidi "Səbail" reallaşdırıb. Transferlərdən 19-u xarici klublardan gəlibsə, 8-i bir yerli klubdan digərinə keçib.

Maraqlıdı ki, qış fasiləsində yalnız 1 futbolçuyla müqavilə uzadılıb. Bu, "Səbail"in gənc müdafiəçisi Turan Manafov olub ki, onunla cari mövsümün sonunda başa çatan müqavilə 1 illik uzadılaraq Yunanıstanın "Olimpiakos" (Volos) klubuna icarəyə verilib. 

 

“Qarabağ”
Gələnlər: 
Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Luka Quqeşaşvili ("Yagelloniya", Polşa: icarəyə), Leandro Andrade (“Çerno More”, Bolqarıstan).
Gedən: Qaspar Panadero (AEK, Yunanıstan, icarəyə), Rahil Məmmədov ("Zirə", icarəyə)
Müqavilə müddətini uzadan: yoxdu

“Qəbələ”
Gələnlər: 
Patrik Robson de Souza Monteyro (“Admira”, Avstriya: icarəyə), Samet Karakoç ("Bayrampaşa". Türkiyə), Ramin Dobi ("Şevardeni", Gürcüstan)

Gedən: yoxdu
Müqavilə müddətini uzadan: yoxdu

“Neftçi”
Gələnlər:
 Azər Salahlı ("Keşlə"), Elton Əlibəyli (“Səbail”: icarədən qayıdıb), Eddi İsrafilov (klubsuz), Gilyerme Pato ("İnternasional", Braziliya), İvan Brkiç ("Riqa", Latviya), Azər Əliyev ("Ufa", Rusiya), Rəşad Əzizli ("Zirə")
Gedənlər: Fəhmin Muradbəyli ("Keşlə": icarəyə), Romen Bask ("Şatoru", Fransa), Sabir Buqrin ("Esperans", Tunis), Harramiz Soareş ("Farense, Portuqaliya), Anxel Korrea ("Olimpiakos" (Volos, Yunanıstan), Mamadu Kane ("Olimpiakos", Pirey, Yunanıstan, icarəsi bitib), Rəşad Əzizli ("Səbail", icarəyə)
Müqavilə müddətini uzadan: yoxdu

“Zirə”
Gələnlər:
 Hamidu Keyta ("Santa Klara", Portuqaliya), Brayan Alseus (“Qaz Metan”, Rumıniya), Rahil Məmmədov ("Zirə", icarəyə)

Gedən: Georgi Stoilov, Velves Santos ("Lvov", Ukrayna, icarəsi bitib)
Müqavilə müddətini uzadan: yoxdu

“Sabah”
Gələn: 
Aleksandr Neçayev (“Rux”, Belarus), Kristian da Silva Fil ("Koimbra", Portuqaliya), Hiqor Qabriel ("Fluminense", Braziliya)
Gedən: Saşa Stamenkoviç 
Müqavilə müddətini uzadan: yoxdu

“Keşlə”
Gələnlər: 
Franko Flores ("Real Espanya", Honduras), Fəhmin Muradbəyli ("Neftçi", icarəyə), Natan Oduva
Gedənlər: Azər Salahlı ("Neftçi"), Anatole Abanq (“Al-Bataeh”, BƏƏ), Con Kamara, Omar Qudiabi, Nicat Qurbanov, Miyuşko Bojoviç
Müqavilə müddətini uzadan: yoxdu

“Sumqayıt”
Gələnlər: 
Aleksey Baqa (baş məşqçi), Vüqar Bəybalayev, Elşən Abdullayev ("Səbail"), Araz Abdullayev ("Etnikos", Yunanıstan)
Gedənlər: Ayxan Abbasov (baş məşqçi), Roman Hüseynov ("Kəpəz"), Səid Rza
Müqavilə müddətini uzadan: yoxdu

“Səbail”
Gələn:
 Rəşad Əzizli ("Neftçi": icarəyə), Hüseynəli Quliyev ("Sumqayıt")
Gedənlər: Şahin Zəkiyev ("Gks Przodkovo", Polşa), Elton Əlibəyli (“Neftçi”, icarəsi bitib), Elşən Abdullayev ("Sumqayıt"), Kamran Ağayev (karyerasını bitirib), Turan Manafov ("Olimpiakos" (Volos, Yunanıstan): icarə)
Müqavilə müddətini uzadan: Turan Manafov