"Keşlə" növbəti transferinə imza atıb. Komandanın baş məşqçisi Sənan Qurbanov Sport24.az-a açıqlamasınsında keçmiş legioneri Sadio Tounkaranın qayıdışı məsələsinin tam həll olunduğunu bildirib.

Belə ki, artıq Bakıda olan 29 yaşlı malili yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb: "Sadio bu gün əvəzedici komnadamızın "Sabah-2" ilə ev matçında meydana çıxacaq. Ona oyunda baxmalıyıq ki, növbəti turda heyətə daxil edib-etməməklə bağlı qərar verək. Çünki Sadio uzun vaxtdı oynamır, məqş eləmir. Bizimlə hazırlığa da çıxdı, görünürdü ki, çoxdandı məşq eləmir. Bu gün də oynasın, baxaraq vəziyyətinə. Tounkara elə bir futbolçudu ki, tez bir zamanda formaya düşür". 

Xatırladaq ki, ölkəmizdə "Xəzər Lənkəran, AZAL və "Zirə"də çıxış etmiş Sadio uzun fasilədən sonra qış fasiləsində ölkəmizə döndü və "Keşlə"nin heyətində Azərbaycan Kubokunun qalibi oldu. Paytaxt klubu afrikalı legionerə yeni müqavilə təklif etsə də, tərəflər maddi şərtlərdə razılığa gələ bilməmişdi. 

 

 

MEHMAN SÜLEYMANOV