Premyer Liqanın XIII turunun “Səbail”lə (2:2) oyununda penaltidən hesabı açan “Keşlə”nin braziliyalı futbolçusu Felipe Santos şəxsi "İnstagram" hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, legioner matçı və vurduğu qolu şərh edib: “Vurduğum qola görə şadam, amma nəticəyə görə yox. Hansı ki, son dəqiqədə qələbəni əldən verdik. Hələ 2021-ci il bitməyib. Sonadək mübarizə aparacam".

Xatırladaq ki, "Keşlə" matçda hesabda 2:0 irəlidə olsa da, azlıqda qalandan sonra qələbəni son saniyələrdə buraxdığı qolla əldən verib.