Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış matçı “Keşlə” ilə “Sumqayıt” arasında baş tutub. Sumqayıtlılar avrokuboklara vəsiqə uğrunda mübarizə aparırsa, paytaxt təmsilçisi sonuncu pillədə qərarlaşıb. Lakin hər iki komanda kubokun finalına çıxdığından, bu oyuna xüsusi maraq vardı. Bu oyunda qələbəni sumqayıtlılar bayram ediblər.

Günün digər matçında “Neftçi” səfərdə “Səbail”lə üz-üzə gəlib. “Ağ-qaralar” çempionluq mübarizəsini davam etdirmək üçün bu oyunda mütləq qələbə qazanmalıydı. Sözügedən komanda buna darmadağınla nail olub.

Turun qalan iki oyunu sabah keçiriləcək. “Zirə” “Qəbələ”ni, “Sabah” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
26-cı tur

8 may

“Keşlə” – “Sumqayıt” 0:1
Qol: R.Sadıxov, 78-pen.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
“ASK Arena”, 18:00.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriqes, 22. Elçin Mustafayev, 79. Bahadur Həziyev.
Baş məşqçi: Sənan Qurbanov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 4. Höccət Haqverdi, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 17. Murad Xaçayev, 30. Nəbi Məmmədov, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

“Səbail” – “Neftçi” 0:4
Qol: V.Stankoviç, 13. Y.Laval, 62. K.Honda, 72. N.Ələsgərov, 79-pen.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, İnqilab Məmmədov.
“ASCO Arena”, 20:15.

Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov.
Məşqçi: Vəfadar Quliyev.