“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, müqavilə ilə “Keşlə”yə məxsus olan Con Kamara yenidən bu komandaya qoşulub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Syerra-leoneli futbolçu "25 nömrə"li formanı geyinəcək.

Xatırladaq ki, "Keşlə" bundan az əvvəl digər afrikalı yarımmüdafiəçini - malili Sadio Tounkaraı geri qaytarmışdı.