Azərbaycan Birinci Divizionunda mübarizə aparan “Kəpəz”i qarşıdakı mövsümdə də Yaşar Vahabzadə çalışdıracaq.

Sport24.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümün sonunda əldə olunan razılığa əsasən təcrübə məşqçi ilə yeni - bir illik müqavilə imzalanıb. 

Vahabzadənin köməkçiləri - Nadir Şükürov, Vidadi Rzayev və Əli İsmayılov ilə də anlaşma yenilənib.